“Sumqayıt” klubu Serbiyanın “Radnik” komandasına qalib gəlib
Mövsümün ikinci yarısı üçün hazırlığı Antalyada davam etdirən “Sumqayıt” futbol klubu ilk yoxlama oyununu keçirib.

Komandamız “Topkapı” hotelinin stadionunda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb.

Baş məşqçi Samir Abasovun yetirmələri 2:1 hesabı ilə qələbə qazanıblar.

Oyunda “Sumqayıt”ın hər iki qolunu Süleyman Əhmədov vurub.

Xəbər 186 dəfə oxundu.