İsveçrədə qrosmeyster olacaq gənc şahmatçıya 1 kiloqramlıq qızıl sikkə veriləcək
İsveçrənin Gənclər Fondu gənc şahmatçıları həvəsləndirmək üçün maraqlı təşəbbüsə əl atıb.

2030-cu ilədək qrosmeyster adını qazana biləcək ilk əslən isveçrəli gənc şahmatçı fond tərəfindən 1 kiloqram çəkisi olan qızıl sikkə ilə mükafatlandırılacaq. Bu təşəbbüs xanım şahmatçılar üçün də keçərlidir. Belə ki, eyni uğura imza atmış ilk xanım şahmatçı yarım kiloqramlıq sikkənin sahibi olacaq.

Qeyd edək ki, İsveçrənin şahmat tarixində cəmi 10 qrosmeysteri olub və onların da böyük əksəriyyəti milliləşdirilmiş şahmatçılardır.

Xəbər 241 dəfə oxundu.