“Marsel”dən yeni transfer
Fransanın "Marsel" klubu heyətinə yeni futbolçu cəlb edib.

Liqa 1 təmsilçisi “Atalanta”dan Ruslan Malinovski ilə güclənib.

Fransa klubu bu transfer üçün İtaliya təmsilçisinə 10 milyon avro ödəyəcək.

Ötən mövsüm futbolçu “Atalanta”nın heyətində 41 oyuna çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. 2019-cu ildən İtaliya klubunun şərəfini qoruyan yarımmüdafiəçi ümumilikdə 143 matçda 30 dəfə fərqlənib.

Xəbər 180 dəfə oxundu.