Polşa millisinin üzvü “Napoli”də
İtaliyanın “Sampdoriya” klubu müdafiəçi Bartoş Bereşinskini “Napoli”yə icarəyə verib.

Polşa millisinin də üzvü olan müdafiəçi mövsümün sonunadək icarədə olacaq. Amma “Napoli” yayda oyunçunun transfer hüquqlarını da almalıdır.

B.Bereşinski 2017-ci ilin yanvarından “Sampdoriya”da forma geyinir. Otuz yaşlı futbolçu daha əvvəl ölkəsində “Legiya”, “Lex” və “Varta”nın da şərəfini qoruyub. O, milli komandada 50 oyuna çıxıb.

“Napoli” bu transfer qarşılığında müdafiəçi Alessandro Zanolini “Sampdoriya”ya icarəyə verib. İyirmi iki yaşlı italiyalı futbolçu Neapol klubunda 16 matçda forma geyinib.

Xəbər 179 dəfə oxundu.