"Real Madrid"in tarixində ilk
La Liqanın 16-cı turu çərçivəsində "Vilyarreal" klubu ilə oyun "Real Madrid"in tarixində ilklə yadda qalıb.

Komanda bu görüşə start heyətində ispaniyalı futbolçu olmadan çıxıb. Belə hal isə klub tarixində ilkdir.

Görüş "Vilyarreal"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Real Madrid" hazırda turnir cədvəlində 38 xalla ikincidir. "Vilyarreal" isə 27 xalla beşinci pillədə qərarlaşıb.

Xəbər 180 dəfə oxundu.