FIFA ilk dəfə Səudiyyə Ərəbistanından olan qadını beynəlxalq hakim təyin edib
Beynəlxalq Futbol Federasiyası (FİFA) ilk dəfə Səudiyyə Ərəbistanından olan qadını beynəlxalq dərəcəli hakim təyin edib.

Bu barədə “Arabian Daily” məlumat yayıb.

Bu status 34 yaşlı Anud Əl-Əsməriyə verilib. O, hakimlik karyerasına 2018-ci ildə başlayıb. 2019-cu ildə əsası qoyulan Səudiyyə Ərəbistanının qadınlardan ibarət yığmasında əvvəllər bir sıra oyunların hakimi olub.

Xəbər 245 dəfə oxundu.