Bir oyunda ən çox qol vuran futbolçunun adı açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ötən il bir oyunda ən çox qol vuran futbolçunun adını açıqlayıb.

O, Argentina millisinin və “Mançester Siti”nin hücumçusu Xulian Alvares olub. Bu, Alvaresin hələ “River Pleyt”də oynadığı vaxt qeydə alınıb. Forvard “Alyansa Lima” ilə oyunda 6 qola imza atıb. O, bu görüşün 15, 18, 41, 54, 57, 83-cü dəqiqələrində fərqlənib. Ötən il mayın 25-də baş tutan həmin matçda “River Pleyt” 8:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, Xulian Alvares ötən yayda “River Pleyt”dən ayrılaraq “Mançester Siti”yə keçib.

Xəbər 215 dəfə oxundu.