“Kəpəz” qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb
Gəncənin “Kəpəz” futbol klubu qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

Komanda bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan Antalyaya yola düşüb.

Yanvarın 19-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq Gəncə təmsilçisi orada 3 yoxlama matçı keçirəcək. “Kəpəz” yanvarın 14-də Macarıstanın “MTK Budapeşt”, 16-da Serbiyanın “Novi Pazar”, 18-də isə Qazaxıstanın “Kaysar” komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda mövsümün ilk yarısını 12 xalla 9-cu pillədə bitirib.

Xəbər 234 dəfə oxundu.