Devid Bekhemin oğlu İngiltərə klubunda
İngiltərənin "Brentford" klubu Romeo Bekhemi heyətinə qatıb.

20 yaşlı hücumameyilli yarımmüdafiəçi “İnter Mayami” klubunun sahibi, sabiq futbolçu Devid Bekhemin oğludur. "Brentford" futbolçunu mövsümün sonunadək icarəyə götürüb.

R.Bekhem bundan əvvəl "İnter Mayami"nin ikinci komandasında oynayıb və 26 oyunda 2 qol vurub.

Xəbər 173 dəfə oxundu.