İtaliya millisinin sabiq hücumçusu Canluka Vialli vəfat edib
Futbol üzrə İtaliya millisinin sabiq hücumçusu Canluka Vialli vəfat edib.

O, bu gün 58 yaşında dünyasını dəyişib. Viallı 2017-ci ildən mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı.

Vialli futbolçu karyerası ərzində "Sampdoriya", "Yuventus", "Çelsi" və "Kremoneze"də oynayıb. O, baş məşqçi Roberto Mançinin köməkçisi kimi İtaliya seçməsi ilə “Avro-2020”nin qalibi olub. Futbolçu olaraq isə “Avro-1988”də və 1990-cı ildə İtaliyanın ev sahibliyi etdiyi dünya çempionatında bürünc medal qazanıb.

Xəbər 160 dəfə oxundu.