“Mançester Yunayted” klubu Cek Batlendin transferini açıqlayıb
“Mançester Yunayted” futbol klubu Cek Batlendin transferini açıqlayıb.

29 yaşlı qapıçı mövsümün sonunadək “Kristal Peles”dən icarəyə götürülüb.

“Nyukasl” komandası qapıçı Martin Dubravkanı icarədən geri çağırdığı üçün Mançester təmsilçisi bu transferi reallaşdırıb.

Qeyd edək ki, C.Batlend cari mövsüm İngiltərə Premyer Liqasında meydana çıxmayıb.

Xəbər 192 dəfə oxundu.