Ronaldonun “Əl-Nəsr”in oyunçusu kimi təqdimat mərasimini üç milyard insan izləyib
Hücumçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun oyunçusu kimi təqdimatını üç milyard insan izləyib.

Bu barədə jurnalist Pedro Sepulveda özünün sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, 37 yaşlı hücumçunun təqdimatını 3 milyard tamaşaçı auditoriyası ilə dünyanın 40 kanalı nümayiş etdirib.

2022-ci ildə Qətərdə Argentina və Fransa millilərinin qarşılaşdığı (penaltilər üzrə 3:3, 4:2) dünya çempionatının final oyununu dünyada 2 milyard insan izləyib.

Qeyd edək ki, yanvarın 3-də “Əl-Nəsr” Ronaldonu Ər-Riyaddakı 25 min tamaşaçı tutumuna malik “Mrsul Park” stadionunda təqdim edib. Portuqaliyalı Səudiyyə Ərəbistanı klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.

Xəbər 153 dəfə oxundu.