“Neftçi” klubu Antalyada təlim-məşq toplanışına start verib
Bakının “Neftçi” futbol klubu Antalyada təlim-məşq toplanışına start verib.

Komanda bu gün iki məşqə çıxıb. Səhər və axşam hazırlıqlarında əsasən fiziki və toplu çalışmalar icra olunub. Üç futbolçu – yeni əməliyyat olunmuş Fərid Yusifli və zədəli Voislav Stankoviç və Eddi İsrafilov toplanışa qatılmayıblar. Əvəzində, zədə səbəbindən uzun müddətdir “Neftçi”dən uzaq qalan Sezar Meza Kolli “ağ-qaralar”ın hazırlıq prosesinə qoşulub.

Qeyd edək ki, komandamız qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

Xəbər 280 dəfə oxundu.