"Əl-Nəsr" klubu yeni transferi Kriştiano Ronaldonu təqdim edib | |
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu yeni transferi Kriştiano Ronaldonu təqdim edib. Təqdimatda 37 yaşlı hücumçu və komandanın baş məşqçisi Rudi Qarsiya çıxış ediblər. Ronaldo bir çox klubdan təklif aldığını, ancaq "Əl-Nəsr"i seçdiyini deyib. O, düzgün qərar verdiyindən əmin olduğunu bildirib. Qeyd edək ki, portuqaliyalı futbolçu "Əl-Nəsr"lə ikiillik müqavilə imzalayıb. |
|
Xəbər 173 dəfə oxundu. |
|
|