Sevinc Yusibova Azərbaycan güləş tarixinin ilk beynəlxalq dərəcəli qadın referisidir
2022-ci il güləş hakimlərimiz üçün də uğurlu olub.

Bir neçə referimiz beynəlxalq dərəcəsini yüksəldib. Cari il ərzində keçirilən yarışların, seminarların və imtahanların nəticələrinə əsasən, 4 referimiz beynəlxalq dərəcəsini artırıb. Vüqar Şükürov və Kamran Əliyev I kateqoriyaya yüksəliblər. Bununla da bu dərəcəyə sahib hakimlərimizin sayı 6-ya çatıb. Əli Babayev və Xəzər Allahverdiyev isə II kateqoriyaya sahib çıxıblar. Hazırda bu dərəcədə olan ədalət təmsilçilərimizin sayı 7-yə bərabərdir.

Bundan başqa, daha iki hakimimiz beynəlxalq dərəcəli referi statusu alıb. İyulda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-15 Avropa çempionatında ədaləti qoruyan Sevinc Yusibova ilə Firqət İbrahimov III kateqoriyalı beynəlxalq hakim ünvanına yiyələniblər.

Qeyd edək ki, S.Yusibova Azərbaycan güləş tarixinin ilk beynəlxalq dərəcəli qadın referisidir.

Xəbər 190 dəfə oxundu.