Pelenin ölüm səbəbi açıqlanıb | |
Üçqat dünya çempionu Pele inkişaf etmiş xərçəng səbəbi ilə daxili orqanların çatışmazlığından ölüb. Bu barədə keçmiş idmançının yerləşdiyi San-Pauludakı Albert Eynşteyn klinikasının rəsmi bülletenində bildirilib. “Albert Eynşteyn Klinikası Pelenin 29 dekabr tarixində saat 15:27-də (Bakı vaxtı ilə 22:27) proqressiv xərçəng fonunda çoxsaylı orqan çatışmazlığından ölməsi xəbərini acı bir şəkildə təsdiqləyir”, - məlumatda deyilir. Qeyd edək ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. Pele karyerası ərzində 1279 qolla Ginnessin Rekordlar Kitabına düşüb. |
|
Xəbər 208 dəfə oxundu. |
|
|