“Şamaxı” klubu Antalyada üç yoxlama oyununda gücünü sınayacaq | |
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunda "Neftçi" ilə oyundan sonra istirahətə buraxılan “Şamaxı” komandası yanvarın 3-də Bakıda bir araya gələcək. Komanda hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Antalyaya yollanacaq və 11 gün "Kamelya Selin" hotelində məskunlaşacaq. Bu müddətdə komanda 3 yoxlama oyunu keçirəcək. Təmsilçimiz yanvarın 11-də Qazaxıstanın "Kaysar" və Rumıniyanın "Botaşani" klubları ilə qarşılaşacaq. "Şamaxı" sonuncu oyununu yanvarın 18-də Serbiyanın "Napredak" klubuna qarşı keçirəcək. |
|
Xəbər 179 dəfə oxundu. |
|
|