"Zirə" klubu Təmkin Xəlilzadə ilə müqaviləni ləğv edib
Bakının "Zirə" klubu futbolçusu Təmkin Xəlilzadə ilə yollarını ayırıb.

29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında son qoyulub.

Qeyd edək ki, Bakı təmsilçisi mövsümün gedişində Təmkin Xəlilzadəni heyətdən uzaqlaşdırıb, bir müddət sonra geri qaytarıb. O, 2021-ci ilin yayından "Zirə"də çıxış edir.

Xəbər 182 dəfə oxundu.