FHN-in İdman-sağlamlıq klubunda ilə yekun vurulub
Dekabrın 29-da Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin idman tədbirlərində fəal iştirak etmiş, mükafat qazanmış nazirliyin struktur bölmələrinin rəhbərliyi və beynəlxalq miqyaslı yarışlarda, o cümlədən Dünya, Avropa çempionatları və turnirlərdə yüksək nəticələr göstərmiş idmançı-əməkdaşlar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev cari ildə nazirliyin əməkdaşlarının idman sahəsində qazandıqları uğurlar barədə məlumat verib.

Sonra FHN-in İdman-sağlamlıq klubunun fəaliyyətini əks etdirən film nümayiş olunub.

Daha sonra FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək İdman-sağlamlıq klubunun kollektivini il ərzində qazandıqları nailiyyətlərə görə təbrik edib, onlara uğurlar arzulayıb.

Sonda 2022-ci ilin idman tədbirlərinin yekununa əsasən fəxri yerləri tutmuş qurumlar İdman-sağlamlıq klubunun təsis etdiyi müvafiq dərəcəli kuboklarla, beynəlxalq miqyaslı yarışlarda nəticələr göstərmiş idmançı-əməkdaşlar isə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin nazirliyin müvafiq struktur rəhbərliyinə qazanılan yüksək nəticələrə və idmançılara göstərdikləri dəstəyə görə xatirə plaketləri təqdim edilib.

Tədbirdə mətbuat nümayəndələri də FHN-in il ərzində keçirdiyi idman yarışlarının işıqlandırılmasında göstərdikləri peşəkarlıq və xidmətlərinə görə təltif olunublar. Mükafatçılar arasında əməkdaşı da var.

Xəbər 187 dəfə oxundu.