UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına keçməsinin əleyhinə deyil
UEFA Rusiyanın Asiya Futbol Konfederasiyasına (AFK) keçməsinin əleyhinə deyil.

UEFA prezidenti Aleksander Çeferin Rusiya Futbol İttifaqının (RFİ) qurumdan çıxarılmasını təsdiqləməyə hazırdır. AFK isə RFİ-ni qəbul etmək hüququna malikdir.

Bununla yanaşı, FIFA Rusiyanın himayəsi altında keçirilən beynəlxalq turnirlərdə iştirakına qoyulan qadağanı yaxın vaxtlarda aradan qaldırmaq fikrində deyil.

UEFA, həmçinin RFİ-yə Aleksander Çeferinin rəhbərliyi altında yenidən Avropaya qayıtmağın çox çətin olacağını bildirib.

Xəbər 200 dəfə oxundu.