“Çelsi” klubu “Molde”nin hücumçusunu transfer edib
İngiltərənin “Çelsi” klubu yeni transferini açıqlayıb.

Premyer Liqa təmsilçisi Norveçin “Molde” və Fil Dişi Sahili yığmasının hücumçusu David Fofan ilə müqavilə imzalayıb.

İyirmi yaşlı futbolçu yanvarın 1-dən yeni komandasına qoşulacaq.

Hücumçu cari mövsüm Norveç klubunun heyətində 29 matça çıxıb, 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 261 dəfə oxundu.