Musa Qurbanlı PSJ-“Strasburq” matçında
Ağdamın “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasında yaranan qış fasiləsindən istifadə edərək Fransaya gedib.

Hücumçu Parisdəki “Parc Des Prınces” stadionunda Fransa çempionatının XVI turu çərçivəsində keçirilən PSJ-“Strasburq” matçını izləyib. Bu barədə futbolçu şəxsi instaqram hesabında paylaşım edib.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun oğlu matçı Messinin forması ilə izləyib.

Qeyd edək ki, matç PSJ-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 208 dəfə oxundu.