Eless Ben-Seqir Fransa çempionatında dubl edən ikinci ən gənc oyunçudur
Fransa çempionatının XVI turu çərçivəsində “Monako” klubu səfərdə “Oster”ə 3:2 hesabı ilə qalib gəlib. “Monako”nun yarımmüdafiəçisi Eless Ben-Seqir Liqa 1-də debüt matçında dubla imza atıb.

Fransalı futbolçu 17 yaş 315 günlüyündə Fransa çempionatında dubl edən ikinci ən gənc oyunçu adına sahib olub.

Qeyd edək ki, rekord Terri Anriyə məxsusdur. O, Fransa çempionatında 17 yaş 255 günlüyündə dubla imza atıb.

Xəbər 188 dəfə oxundu.