"Barselona"nın sabiq futbolçusu klubsuz qalıb
“Barselona”nın sabiq hücumçusu Boyan Krkiç Yaponiyanın “Vissel Kobe” klubundan ayrılıb. 32 yaşlı ispan futbolçunun klubla müqaviləsinin müddəti bitib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Yaponlar onunla müqaviləsıni yenilənmək istəməyiblər. Bu üzdən də hazırda o, azad agentdir.

Krkiç “Barselona”, “Roma”, “Milan”, “Ayaks”, “Stok Siti” və digər klublarda da çıxış edib. O, “Barselona”nın əsas komandasında 104 oyun keçirib və 26 qol vurub.

Xəbər 170 dəfə oxundu.