"Kəpəz" klubu Antalyada hazırlıq keçəcək
Gəncənin “Kəpəz” futbol klubunun qış hazırlıq planı müəyyənləşib.

Hazırlıq planına əsasən, yanvarın 2-də Gəncədə bir araya gələcək komanda üzvləri ayın 5-dək orada məşq edəcəklər.

Sonra komanda təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. Baş məşqçi Tərlan Əhmədovun yetirmələri yanvarın 7-19-da Antalyada hazırlıq keçəcəklər.

Xəbər 193 dəfə oxundu.