“Səbail” klubu 4 futbolçusu ilə yollarını ayırıb
“Səbail” klubu 4 futbolçusu ilə yollarını ayırıb.

Bunlar argentinalı müdafiəçi Fakundo Kardozo, braziliyalı arxa xətt oyunçusu Qustavo de Fransa, ukraynalı yarımmüdafiəçi Maksim Çex və portuqaliyalı hücumçu Kizito Luvaqadır.

Qeyd edək ki, “Səbail” Premyer Liqanın ilk yarısından sonra 10 xalla sonuncu pillədə qərarlaşıb.

Xəbər 183 dəfə oxundu.