"Sabah” klubu müdafiəçisi ilə müqaviləni yeniləyib
“Sabah” futbol klubu müdafiəçisi Amin Seydiyevlə yeni müqavilə bağlayıb.

Millimizin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilədəkdir.

A.Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub. Müdafiəçi “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.

Xəbər 184 dəfə oxundu.