“Səbail” klubunun baş məşqçisi Mahmud Qurbanov istefa verib
“Səbail” futbol komandasının baş məşqçisi Mahmud Qurbanov istefası ilə bağlı klub rəhbərliyinə müraciət edib.

Mütəxəssisin təqdim etdiyi istefa ərizəsi Müşahidə Şurası tərəfindən qəbul olunub.

M.Qurbanova xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “Səbail”in baş məşqçisi vəzifəsinə təyinatla bağlı ictimaiyyətə yaxın günlərdə məlumat veriləcək.

Xəbər 176 dəfə oxundu.