Millimiz yoxlama oyununda qələbə qazanıb
Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

“Səbail”in U-17 komandası ilə qarşılaşan millimiz 4:1 hesablı qələbə qazanıb.

Tariyel Fərzəliyev dubl etdiyi oyunda millimizin digər qollarını Amid Qasımov və Anar Hüseynov vurublar.

Xəbər 193 dəfə oxundu.