Bu il AMADA üçün beynəlxalq səviyyədə uğurlu olub
Bu il Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) üçün beynəlxalq səviyyədə uğurlu olub.

Bunu AMADA-nın direktoru Şəfəq Hüseynli dekabrın 27-də təşkil olunan mətbuat konfransında deyib.

Bildirib ki, cari il "Pekin-2022" Qış Paralimpiya Oyunlarında antidopinq proqramı üzrə Ümumdünya Antidopinq Agentliyinin Müstəqil müşahidəçi qrupuna rəhbərliyin ilk dəfə Azərbaycan nümayəndə heyətinə həvalə edilib. AMADA təmiz idmanın təşviqi məqsədilə beynəlxalq arenada fəal iştirak edir. Agentliyin təşəbbüsü ilə Avropa Şurası çərçivəsində bir sıra layihələr icra olunub.

AMADA-nın Təhqiqat şöbəsi bu il 382 məsələ barədə araşdırma aparıb. Bunlardan 28-i antidopinq qayda pozuntusu üzrə tədqiqat, 43-ü məkan məlumatı xətası üzrə təhqiqat, 272-si dopinq nəzarəti protokolu üzrə yoxlamalar, 16-sı ifşa etmə məlumatları, 23-ü isə hədəfli testlər əsasında olub.

Xəbər 190 dəfə oxundu.