Mamadu Mboc karyerasını Azərbaycanda davam etdirə bilər
Bakının “Neftçi” klubundan ayrılan Mamadu Mboc karyerasını Azərbaycanda davam etdirə bilər.

Seneqallı müdafiəçi ilə “Səbail” və “Sumqayıt” klubları maraqlanır.

İyirmi doqquz yaşlı futbolçu özü də, Azərbaycanda qalmağın, əleyhinə deyil.

Futbolçunun bu klublardan hansına üstünlük verəcəyi yanvarda bilinəcək.

Qeyd edək ki, “Srvena Zvezda”, “Napredak” klublarında da oynayan futbolçu “Neftçi”yə 2019-cu ildə “Jalqris”dən keçib.

Xəbər 170 dəfə oxundu.