Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb.

Bu, XVIII turda üç böyükhesablı nəticənin qeydə alınması sayəsində mümkün olub.

“Neftçi” “Şamaxı” ilə ev, “Qarabağ” “Səbail”lə səfər oyununda 3 cavabsız qolla qalib gəlib. “Sumqayıt”ın qonağı olan “Sabah” isə 6:0 hesabı ilə qələbə qazanıb.

Bu, mövsümdə ikinci belə hadisədir. Yalnız XII turda belə nəticələr qeydə alınıb. “Kəpəz” “Səbail”i, “Neftçi” “Zirə”ni üç, “Qarabağ” “Şamaxı”nı 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, cari mövsümdə ümumilikdə 16 qarşılaşmada üç və ya daha çox top fərqi qeydə alınıb.

Xəbər 189 dəfə oxundu.