Çövkən Milli Atüstü oyunu üzrə turnir atçılığın inkişafında mühüm əhəmiyyət kəsb edir
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızda atçılığın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Həmçinin Dilboz və Qarabağ Atçılıq təsərrüfatlarının infrastrukturu müasir standartlara uyğun olaraq yenidən qurulub.

Bu sözləri kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov jurnalistlərə müsahibəsində söyləyib.

"Sevindirici haldır ki, bu gün keçirilən Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirində iştirak edən atlar milli atlardır. Bu tədbir atçılığın, milli ənənələrimizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə nazir müavini bildirib.

Xəbər 289 dəfə oxundu.