Rusiya klubu “Qarabağ”ın yarımmüdafiəçisi ilə maraqlanır
Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Leandro Andrade karyerasını Rusiyada davam etdirə bilər.

“Krasnodar” 23 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.

Futbolçu bu mövsüm bütün yarışlarda 15 oyuna çıxıb, 1 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun "Qarabağ"la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

“Krasnodar” Rusiya çempionatında 17 turdan sonra 25 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər 172 dəfə oxundu.