Luis Hamilton bu il ən çox qazanc əldə edən Formula 1 pilotudur
Formula 1 pilotlarının bu il əldə etdikləri qazanc müəyyənləşib.

“Mercedes”in pilotu Luis Hamilton digər rəqiblərindən daha çox qazanc əldə edib. Yeddiqat dünya çempionu yola saldığımız mövsüm 40 milyon dollar qazanıb. İkinci yerdə son iki mövsümün çempionu Maks Ferstappen qərarlaşıb. “Red Bull”un niderlandlı pilotu 35 milyon dollar əldə edib. İlk üçlüyü 20 milyon dollarla “Alpin”in şərəfini qoruyan Fernando Alonso tamamlayıb.

İyirmi pilot arasında ən az gəlir əldə edən isə “Alfa Tauri”dən Yuki Tsunodadır. O, ili 750 min dollarla başa vuracaq.

Xəbər 233 dəfə oxundu.