Gimnastımız “GymGala” şousuna dəvət alıb
Tamblinq üzrə Azərbaycan yığma komandasının üzvü, Avropa çempionu Mixail Malkin “GymGala” şousuna dəvət alıb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Tədbir dekabrın 17-18-də Belçikanın Antverpen şəhərində keçiriləcək.

Hər il olduğu kimi, bu il də şouya müxtəlif gimnastika növləri üzrə dünya, Avropa mükafatçıları, həmçinin Olimpiya ulduzları qatılacaqlar.

Xəbər 205 dəfə oxundu.