Ölkə çempionatının qalibləri milli komandalara cəlb ediləcəklər
Tennisçilərin Azərbaycan çempionatı keçirilib.

Bakı Tennis Akademiyasında təşkil olunan çempionatda 22 oğlan və 12 qız həm fərdi, həm də qoşa yarışlarda mükafatlar uğrunda mübarizə aparıblar.

İlin sonuncu yarışında oğlanlar arasında Kənan Qasımov, İmran Abdulla, Samir Qafarov, qızlardan isə Umayra Həşimova, Lalə Eyvazova və Xədicə Cəfərquluzadə mükafatçılar siyahısına düşməyi bacarıblar. Qoşa yarışlarda isə Tamerlan Əzizovla Samir Qafarov birinci, İmran Abdulla ilə Yusif Rzayev ikinci yeri tutublar. Elman Ələsgərov və Ziya Ələkbərov üçüncü pillədə qərarlaşıblar.

Xatırladaq ki, qalib və mükafatçılar 2023-cü ildə keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcək milli komandaların heyətlərini formalaşdıracaqlar.

Xəbər 270 dəfə oxundu.