“Murov” klubu “Orion”a, "Azərreyl" isə “Thüringen"ə qarşı
Azərbaycanın voleybol klubları bu gün Çağırış kuboku yarışında növbəti oyunlarına çıxacaqlar.
Kişi voleybolçulardan ibarət “Murov” komandası səkkizdəbir final mərhələsinin cavab matçında Niderland təmsilçisi “Orion”u qəbul edəcək.

Bakıda Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq. İlk görüşdə Azərbaycan çempionu 1:3 hesabı ilə uduzub.

Qadınlardan ibarət "Azərreyl" kollektivi isə Almaniyada “Thüringen"in müqavimətini qırmağa çalışacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komanda ötən gün ilk oyunda 1:3 hesabı ilə yenilib. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, görüşlər Almaniyada keçirilir.

Xəbər 315 dəfə oxundu.