Növbəti Formula 1 Azərbaycan Qran-Prisinin ilk biletləri İngiltərədən alınıb
2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinin ilk biletləri İngiltərədən alınıb.

Bunu Bakıda təşkil olunan mətbuat konfransında yarışın mətbuat katibi Turab Teymurov bildirib.

Qeyd edib ki, satış başlayandan 9 dəqiqə sonra “Abşeron” tribunası üçün üç bilet İngiltərədən alınıb. Azərbaycan və Rusiyadan da bilet alanlar olub.

Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.

Xəbər 204 dəfə oxundu.