“Azərreyl” klubu Almaniyada “Thüringen”ə uduzub
Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çağırış kuboku yarışının 1/16 final mərhələsinin ilk matçında Almaniyada "Thüringen" komandası ilə üz-üzə gəlib.

Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Cavab görüşü dekabrın 15-də eyni məkanda olacaq. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, oyunlar Almaniyada baş tutur.

Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.

Xəbər 176 dəfə oxundu.