Ağdaş gimnastları Bakıda hazırlıq keçirlər
Abşeron və Ağdaş Olimpiya İdman komplekslərinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışında iştirak etmək üçün Bakıya gəliblər.

Dekabrın 17-dək davam edəcək məşqlərdə ümumilikdə hər iki komandadan 11 idmançı iştirak edir. Məşqlərin təşkilində məqsəd bölgələrdə gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsidir.

Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksində 2021-ci ildən, Ağdaş bölməsində isə 2015-ci ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir.

Xəbər 216 dəfə oxundu.