Bakı şahmat üzrə dünya kuboku yarışına ev sahibliyi edəcək | |
Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti dəfə Azərbaycana böyük etimad göstərib. FIDE şahmat dünyasının nüfuzlu yarışlarından biri sayılan dünya kubokunun yarışının təşkilatçılığını Azərbaycana həvalə edib. Mötəbər yarış Bakıda 2023-cü il iyulun 29-dan avqustun 26-dək təşkil olunacaq. Qeyd edək ki, bu, Azərbaycanın ev sahibliyi edəcəyi ikinci dünya kuboku yarışı olacaq. İlk dəfə Bakı 2015-ci ildə analoji yarışa ev sahibliyi edib. |
|
Xəbər 184 dəfə oxundu. |
|
|