Çağırış kuboku yarışı: “Azərreyl” səfərdə Almaniya klubuna qarşı
Qadın voleybolçulardan ibarət “Azərreyl” voleybol klubu bu gün Çağırış kuboku yarışında növbəti oyununu keçirəcək.

Komanda 1/16 final mərhələsinin ilk matçında Almaniyada “Thüringen” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Cavab görüşü dekabrın 15-də eyni məkanda olacaq. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, oyunlar Almaniyada keçiriləcək.

Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.

Xəbər 210 dəfə oxundu.