“Bavariya” və “İnter”in uğurlu seriyası Qətər mundialında da davam edəcək
1982-ci ildən bəri dünya çempionatlarının finalında ən azı bir “Bavariya” və “İnter” futbolçusu çıxış edib.

Uğurlu seriya Qətərdə keçirilən dünya çempionatında da davam edəcək. Belə ki, yarımfinalda “Bavariya”nın oyunçularından xorvatiyalı Yosip Stanişiç, fransalı Dayo Upamekano, Kinqsli Koman, Benjamin Pavar, mərakeşli Nussair Mazraui, “İnter”dən xorvatiyalı Marselo Brozoviç və argentinalı Lautaro Martinesin meydana çıxmaq şansı var.

Bu gün keçiriləcək ilk yarımfinal oyununda Xorvatiya və Argentina komandaları üz-üzə gələcəklər. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 171 dəfə oxundu.