“Şamaxı”-“Zirə” matçı qolsuz bərabərliklə bitib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

ilk oyunun günündə “Şamaxı” klubu “Zirə” ilə qarşılaşıb.

Şamaxı şəhər stadionunda oynanılan qarşılaşma qolsuz bərabərliklə bitib.

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran paytaxt klubu dördüncü pillədəki mövqeyini möhkəmlədib. Bölgə təmsilçisi 13 xalla yeddinci sıradadır.

Günün digər görüşündə "Qarabağ" "Qəbələ"ni qəbul edəcək.

Turun “Kəpəz” – “Sabah” və “Sumqayıt” – “Səbail” oyunları dekabrın 14-də, “Turan Tovuz” – “Neftçi” matçı isə dekabrın 15-də keçiriləcək.

Xəbər 185 dəfə oxundu.