Fransa millisinin dünya çempionluğunun mükafatı – 40 milyon avro
Futbol üzrə Fransa millisinin dünya çempionu olacağı təqdirdə alacağı mükafat müəyyənləşib.

Didye Deşamın rəhbərlik etdiyi yığma Qətərdə keçirilən mundialın qalibi olarsa, komandaya 40 milyon avro veriləcək. Hər futbolçu təqribən 400 min avro alacaq.

Komanda ən pis halda 24 milyon avro əldə edəcək. Belə olacağı təqdirdə, hər bir oyunçunun qazancı təxminən 240 min avro olacaq.

Qeyd edək ki, dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində dekabrın 14-də keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 177 dəfə oxundu.