Avropanın aparıcı klubları dünya çempionatında iştirakdan imtina edirlər
Avropanın aparıcı futbol klubları 2025-ci ildə ABŞ-da keçirilməsi planlaşdırılan klublararası dünya çempionatında iştirakdan imtina edirlər.

FIFA rəhbərliyi Qətərdə keçirilən mundialda klub nümayəndələri ilə danışıq aparsa da, əksəriyyətindən müsbət cavab almayıb.

Ali futbol qurumu ABŞ-da 32 kollektivin qatılacağı turnir təşkil etmək niyyətindədir.

2025-ci ildəki yarışa az vaxt qalsa da, çempionatın formatı müəyyənləşməyib. Həmçinin yayımçılar və kommersiya tərəfdaşları ilə danışıqlar başlamayıb.

Xəbər 186 dəfə oxundu.