“Real Madrid” İlkayı transfer etmək fikrindən daşınıb
“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan “Real”a keçməyəcək.

Alman oyunçu yayda azad agent ola bilsə də, Madrid klubu onu transfer etmək variantından daşınıb.

Bir çox Avropa klubları 32 yaşlı futbolçu ilə maraqlanır, çünki oyunçunu pulsuz almaq ehtimalı var.

Qeyd edək ki, Gündoğan 2016-cı ilin yayından "Mançester Siti"də oynayır.

Xəbər 227 dəfə oxundu.