İngiltərənin məşhur klubu satışa çıxarılır
İngiltərənin məşhur klubu “Mançester Yunayted” satışa çıxarılır. Klubun sahibi olan Qleyzer ailəsi klubu 2023-cü ilin birinci rübünün sonuna qədər satmağı planlaşdırır.

Klubun ilkin satış qiyməti 6-7 milyard funt-sterlinq arasında müəyyən edildiyi bildirilir.

Qeyd edək ki, 2005-ci ildən “qırmızı şeytanlar”ın sahibi olan Qleyzerlər ailəsi noyabrda klubu satmağa hazır olduqlarını bəyan etmişdilər.

Xəbər 259 dəfə oxundu.