Uşuçularımız İndoneziyadan iki medalla qayıdıblar
İndoneziyanın Tanqeranq şəhərində gənclər arasında uşu üzrə səkkizinci dünya çempionatında iki medal qazanıblar.

Taolu və sanda üzrə keçirilən çempionatda yeniyetmələrin yarışında Raul Səfərov (52 kq), gənclərin mübarizəsində isə Amin Əlili (56 kq) bürünc medal qazanıblar.

Mundialda 63 ölkədən 900 –dən çox idmançı iştirak edib.

Xəbər 236 dəfə oxundu.